20 Sentyabr 2019 14:37
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşı, idmançı Kamil Zeynallıdan ayrılması ilə gündəmdə olan müğənni Gülay Zeynallının açıqlaması hamını təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, müğənni 5/5 verilişində Tarix Əliyevin (Tolik) “Ailə-məişət problemində kiməsə dəstək olmaq vacibdirmi?” sualına belə cavab verib:

“Allah bütün ailələri başacan eləsin. Şeytana lənət. Bir cütlüyün münasibəti gözəl olanda heç kim yadına düşmür. Amma problemlər olanda kim vasitəçi olursa, məsləhət verirsə, o, insan qarğış yiyəsi olur. Ailə boxça kimidir”.

Qeyd edək ki, Gülay Zeynallı ilə Kamil Zeynallı cütlüyünün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər