23 Sentyabr 2019 12:44
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adını dəyişərək “İlk Şəbnəm” edən əməkdar artist Şəbnəm Tapdığın müraciəti Əqli Mülkiyyət Agentliyi tərəfindən qəbul edilib.

Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı ifaçı ilə əlaqə saxlayıb.

O, məsələyə qısa münasibət bildirib: “Şəhadətnaməni götürməliyəm. Başqa deyiləsi sözüm yoxdur. Məni narahat etməyin”.

Qeyd edək ki, Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də “İLK ŞƏBNƏM” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

Əməkdar artist "İLK ŞƏBNƏM" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib. Agentlikdən Report-un sorğusuna belə cavab verilib:

"Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə “İLK ŞƏBNƏM” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı,sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli Qərar qəbul edilib".

Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: "O, Təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir".

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də “İLK ŞƏBNƏM” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər