8 Noyabr 2019 16:12
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nüşabə Əlsəgərli qızı Nigarın nişan mərasimi haqqında yayılan xəbərə münasibət bildirib.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Qızımı istəyənlər var. Hələ ki nişan mərasimi olmayıb, elçi gəlməyib. Sadəcə həmin ailə tanışımızdır. Onlar Türkiyədə yox, başqa ölkədə yaşayırlar. Nişan mərasimi olsa, bu haqda xəbər verəcəyik”.

Qeyd edək ki, Nüşabə Əlsəgərli qızı Nigarın nişanlandığı haqda ilk məlumatı axşam.az saytı yayıb. Sənətçinin gələcək kürəkəninin aşpaz olduğu qeyd edilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər