Amerikalı aktrisa Şeron Stoun Almaniyada “İlin qadını” mükafatını alarkən “Əsas instinkt” filmindəki məşhur səhnəni təkrarlayıb.
Teleqraf.com xəbər verir ki, video “Yutub”da yayımlanıb.
61 yaşlı aktrisa stulda əyləşərək, ayaqlarını çarpazlayaraq hər bir insanın həyatında əsas şeyin özü olması barədə motivasiyaedici çıxış edib. O əlavə edib ki, filmdəki məşhur səhnə onun bütün həyatını dəyişdirib.
“Əsas instinkt” rejissor Pol Verxovenin 1992-ci ildə çəkdiyi, baş rollarda Maykl Duqlas və Şeron Stounun çəkildiyi trillerdir.