13 Noyabr 2019 11:17
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün evlənən Akademik Rus Dram Teatrının aktyoru, "Vicdan haqqı” serialı ilə məşhurlaşan Elşad Süleymanın yenidən evləndiyi haqqında şayiələr yayılıb.

Teleqraf.com xəbər verir ki, Səbinə adlı xanımla nigah masasına əyləşən Elşad Süleymanın ikinci dəfə evləndiyi iddia edilib.

Sosial şəbəkədə “Yenə evləndi?”, “Sayını itirdi” və sair kimi şərhlər yazıblar.

Saytımıza daxil olan məlumata görə, yayılan şayiələr əsassızdır. Yayılan video Elşad Süleymanlı ilk evliliyindəndir.

Qeyd edək ki, Elşad Sülüymanlı "Vicdan haqqı” serialındakı Fuad obrazı ilə məşhurlaşıb.


Müəllif: Rəqsanə Həsənova