Məşhur aparıcı Elçin Əlibəyli televiziyadan uzaqlaşmaq qərarı verib.
Teleqraf.com xəbər verir ki, Elçin Əlibəyli “Speys” telekanalında yayımlanan, aparıcılıq etdiyi “El bizim-sirr bizim” verilişinin son buraxılışını təqdim edib:
“Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Sonda sözümü deyirəm. Bu mənim sizinlə sonuncu görüşümdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün sənətin, peşənin aşağılandığı yerdə olmaram deyə sizinlə, televiziya ilə vidalaşıram”.
Qeyd edək ki,Elçin Əlibəylinin adı son zamanlar bəzi qalmaqallı hadisələrdə hallanır.