Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova plastik əməliyyat etdirməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda məsələyə belə reaksiya verib: “12 yaşımda çəkilən fotolarımı indiki görünüşümlə müqayisə edirlər. Uşaqlıq illərinizdə çəkilən fotolarınıza baxın. Özünüzü bəyənməzsiniz. Amma mən özümü çox bəyənirəm. Çünki məni elə tanıdınız. Yalnız burnumu və üst dodağımı plastik əməliyyat etdirmişəm. Bu haqda həkimlərdən də soruşa bilərsiniz. Plastik əməliyyatlara pis baxmıram. Mən bu görünüşümdən məmnunam.
12 yaşımda 55 kq, indi isə 45 kq olmuşam. Zəif insanın üzündə ət qalmır. İnsan daha yaxşı görünür. 34 yaşım var. Sizin dərdiniz plastik əməliyyat etməyimdirmi? Yazırlar ki, pulun var, görünüşünü dəyişirsən. Pulum var klip çəkdirirəm, bunlara biganə yanaşmayın”.
Qeyd edək ki, türk mətbuatında Günel Zeynalovanın plastik əməliyyatlar nəticəsində görünüşünün çox dəyişdiyi haqda xəbərlər yayılmışdı.