6 Yanvar 2020 19:12
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada davam edən meşə yanğınları 24 insanın, yüzlərlə koala və kenqurunun ölümünə, 1500-dən çox evin yararsız hala gəlməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, amerikalı model zərərçəkənlərə yardım etmək məqsədilə pul yığmaq qərarına gəlib. O, 10 dollar yardım edən hər kəsə çılpaq fotolarını göndərir.

Modelin bu fərqli metodu çoxlarını təəccübləndirib. İanə toplamağa başlayan Kaylen Vard İnstaqramda bank hesabına 10 dollar ödəyənə çılpaq şəklini göndərəcəyini açıqlayıb.

Modelə bir neçə dəqiqə ərzində 20 mindən çox mesaj gəlib. O mesajları cavablandırdığını və cavab verməyə davam etdiyini deyib.

Onun bu addımı ilə əksəriyyətin rəğbətini qazansa da, bu metodu sevməyənlər İnstaqrama şikayət edib və gənc modelin hesabı müvəqqəti bağlanıb. Bundan sonra Kaylen Vard kampaniyaya Twitter-də davam edib.

Amerikalı model mövzu ilə əlaqədar açıqlama verib: “Əvvəllər də pul qazanmaq üçün çılpaq fotolarımı paylaşırdım. Avstraliyadakı yanğınlardan zərərçəkənlərə dəstək olmaq üçün bu üsuldan istifadə edə biləcəyimi düşündüm. Yüz min dollardan çox vəsait toplanıb. Yardım edənlərə təşəkkür edirəm. "


Müəllif: Nərmin

Oxşar xəbərlər