22 Yanvar 2020 11:48
5 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Problemlə üzləşəndə heç kimə köməkdən ötrü müraciət etməmişəm. Sadəcə məsləhət üçün rəfiqələrimlə dərdləşə bilərəm. Həmişə Allahıma inanıram ki, məni çətin vəziyyətdə qoymayacaq".

Bu sözləri Teleqraf.com-a açıqlamasında məşhur aktrisa Sevinc Əliyeva deyib.

O, əməkdaşımızın "Maddi probleminiz olanda keçmiş həyat yoldaşınız, rejissor Fuad Əlişova müraciət edirsinizmi?" sualına isə “Heç vaxt” deyə cavab verib.

Ölkəmizdə istedadlı aktrisalardan hesab oluna Sevinc Əliyeva özünü həm də ən zəhmətkeşlər sırasında görür: “Ən çox işləyən beş aktrisa varsa, onlardan biri də mənəm. Hazırda seriala çəkilirəm. Yeni filmə çəkiləcəm. Dayanmadan üzərimdə çalışıram. Ölkədə beş tələbatlı aktrisa varsa, onlardan biriyəm.

Pərvin Abıyeva da hər zaman aktualdı və çalışır. Türkiyədə filmə çəkilmək hər aktrisaya qismət olmur”.

Qeyd edək ki,aktrisa Fuad Əlişov ilə 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər