13 Fevral 2020 14:17
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur pop ulduzu Sərdar Ortaç müğənni Seçil Gürla sevgilidir.

Teleqraf.com xəbər verir ki, bunu Sərdar Ortaç özü etiraf edib: “Çox xoşbəxtik. Seçil Gür 10 illik dostumdur. Yeni bir mahnı üçün bir araya gəldik, münasibətimiz sevgiyə çevrildi”.

Müğənni jurnalistlərin “Seçil xanımla uşaq dünyaya gətirməyi düşünürsünüzmü”sualına isə “Görək zaman bizə nələr göstərəcək” deyə cavab verib.

Qeyd edək ki, Sərdar Ortaç irland model Xloe ilə beş il yarım evli olub.


Müəllif: Rəqsanə Həsənova