13 Fevral 2020 15:12
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış biznesmen xanım Ruhi Əliyevanın təşəbbüsü ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır romantik" filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, "Torun Center"də baş tutan təqdimat mərasimi böyük marağa səbəb olub. Anşlaqla keçən gecədə film eyni anda 5 zalda yayımlanıb.

Gecəyə "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, filmin baş qəhrəmanları Onur Tuna, Tuvana Türkay və ekran işində rol alan Altan Erkekli, Servet Pandur, Durul Bazan və başqaları qatılıb.

Aparıcı Nanə Ağamalıyeva və top stilist Anar Ağakişiyev də qala gecədə iştirak edənlər sırasında olublar.

Qala gecəsi Türkiyə mediasının da diqqətini çəkib. Tədbir "Kanal D", "Uçan kuş", NTV, TV8 kimi məşhur sayt və telekanallarda işıqlandırılıb.

"Ağır romantik"in təşəbbüskarı Ruhi Əliyeva ekran işi ilə bağlı açıqlama verərək filmin maraqla izləndiyini vurğulayıb: "Bu işə çox əziyyət çəkilib. Doğrusu, film sektoruna girməzdən öncə bu qədər zəhmət tələb olunacağını gözləmirdim. Ammai insan zəhmət çəkdiyi işin gözəl nəticəsini görəndə və həmin iş alqışla qarşılananda çəkilən əziyyət unudulur.

Düşünürsən ki, bütün bunlara dəyərmiş. Ümid edirəm, bu işimiz hər kəs tərəfindən çox seviləcək.

“Ağır romantik” sevgi filmidir. Ona görə də düşünürəm ki, film onu izləyən hər bir kəsin ürəyincə olacaq. Çünki insanların qəlbi eşqlə doludur".


Müəllif: Teleqraf.com