18 Fevral 2020 16:10
4 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci duet layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, o, xalq artisti Miri Yusifdən sonra müğənni Yaşar Cəlilovla duet oxuyub.

Musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola, aranjimanı Tərlan Məmmədhüseynova məxsus mahnı “Gəlmə yaxınıma” adlanır.

Cütlük mahnını ekranlaşdırmaq üçün yenə Fərhad Əliyə müraciət edib. Çəkilişlər Bakıda baş tutub. Röyanın imici üzərində stilist Elnur Həsənov çalışıb.

Klip Röya Ayxanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Xatırladaq ki, layihənin prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır.


Müəllif: Rəqsanə Həsənova