Dünya ulduzu Conni Deppin “Karib dənizi quldurları”na yenidən çəkilməsi üçün kampaniya başladılıb.
Teleqraf.com xəbər verir ki, aktyora dəstək üçün kampaniyaya 150 min insan qoşulub.
Aktyorun fanatları onun kapitan Cek Vorobey obrazı ilə “Karib dənizi quldurları”na yenidən çəkilməsini xahiş ediblər.
Aktyor keçmiş həyat yoldaşı Amber Hördün ittihamlarından sonra layihədən uzaqlaşmışdı.
Qeyd edək ki, Conni Depp xanımı, aktrisa Ember Hördə qarşı şiddəd göstərməkdə ittiham olunub. 57 yaşlı aktyor qısqanclıq zəmnində xanımı ilə mübahisə edib.
Depp arvadı Ember Hördü aktyor Billi Bob Torntona qısqanıb. Hörd və Tornton "London çölləri" (2014) və "İnformatorlar" (2008) filmlərində tərəf-müqabil olublar.
Dava zamanı Depp ekstazi qəbul edib, sonra içib. O, mətbəxdə dolabları sındırıb, sonra telefonu divara çırpıb. Şüşə qırıqlarından biri Deppin barmağının ucunu kəsib. Depp kəsilmiş barmağını göy boyaya batıraraq vanna otağının güzgüsündə yazıb: "Hər şeyə razılaşan Ember" və "Billi Bob".
Billi Bob Tornton aktrisa Ancelina Coli ilə 2000-2003-cü illərdə nikahda olub.