28 Fevral 2020 13:04
2 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi “Shou News” verilişində qalmaqallı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, sənətçi adını çəkmədiyi müğənniyə qarşı od püskürüb:

“Heç vaxt kiməsə toxunmamışam. Vaxtaşırı hansısa hücumlara məruz qalıram və o zaman onlara cavab verirəm. Mənə toxunanda başa salıram ki, olmaz. Həmişə haqsız yerə hücumlara məruz qalıram. Cavabım da birmənalı qarşılanmır.

Bizi milyonlarla insan izləyir. Onun mənim haqqımda formalaşdırdığı fikir in sanlar tərəfindən necə qarşılanır bilmirəm. Bu haqsızlıqdır axı.

Natavan hamı ilə özü dava edir? Natavan dəlidir? Mənim onlarla nə işim var. Siz mənə nə insan, nə qadın, nə kişi, nə də müğənni kimi maraqlı deyilsiniz. Mənim öz dünyam var. Səni üzr istətdirəcəm, fikrini dəyişdərəcəksən. Anlayacaqsan ki, bunu etmək olmaz. Mənim bir mahnım, klipim səni bu qədər narahat edir? Bəs, sizə kömək etməklərim sayılmır. Natavan sənin musiqini oxuyub, özünü sənin kimi aparır? Xeyr. Sən mənim uğurumu götürmürsən, hər yerdən yolumu bağlatdırırsan. Nə qədər sənəti, ruzisi, taleyi ilə oynayın, cadu elətdirin? Ayıb deyil? Yekə arvadsan. Qorxmursan ki, bunu sənin uşaqlarının başına gətirəcəklər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər