"Madame X Tour" adı ilə dünya turuna çıxan müğənni Madonnanın başına iş gəlib.
Teleqraf.com xəbər verir ki, 61 yaşlı ifaçı Fransada konserti zamanı stuldan yıxılıb və möhkəm əzilib. stulla performans göstərən sənətçi qəfil yıxılıb və yanındakı rəqqasların köməyi ilə ayağa durub.
Madonna ifasını davam etdirsə də, möhkəm əzildiyini gizlədə bilməyib. İfası zamanı onun ağrıdan onun gözündən yaş axıb.
Qeyd edək ki, "Madame X Tour" çərçivəsində müğənni ilk konserti Nyu-Yorkda verib. Müğənni tur çərçivəsində 76 konsert verməyi planlayıb.