16 Mart 2020 11:47
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilər Sevil və Sevinc Səfərovalar “ATV maqazin onlarla” verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkiblər.

Teleqraf.com xəbər verir ki, bacılar Roza Zərgərlinin “Heç bir dünyanın var-dövləti məni onlarla barışdırmaq fikrinə gətirməz. O qızlara heç vaxt “bacılar” deməmişəm, “Sevalar” və “o qızlar” deyə müraciət etmişəm” sözlərinə belə cavab veriblər: “Roza xanım bizə, “Sevalar” deyir. Pis nəsə deyib? Öküz deməyib ki, əkiz deyib.

Allah bağışlayandırsa bəndə də bağışlayar. Biz bağışlanmayacaq heç nə etməmişik. Heç vaxt heç kimə hörmətsizlik etməmişik. Bizim münasibətimiz pis deyil. Yenə də üz-üzə gəlsə salamlaşarıq. Həm də yaşda bizdən böyükdür”.

Bacılar Gülay Zeynallının bir müddət əvvəl onların səsinin batması haqqında fikirlərinə isə belə reaksiya göstəriblər: “Evdən beş dəqiqə olardı ki, çıxmışdım. Görürəm, anam ağlaya-ağlaya zəng etdi ki, bütün saytlar yazıb ki, səsin batıb. Deyirəm, ay mama, qurban olum evdən çıxanda səninlə danışdım, səsimi eşitdin. Sonra müğənnilər aranı qızışdırmaq üçün yazdılar ki, niyə Gülay belə deyir...”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər