Müğənni Zamiq Hüseynov nümunəvi addımı ilə tamaşaçılarını sevindirib.
Teleqraf.com xəbər verir ki, müğənni "İnstaqram" səhifəsində canlı yayım vasitəsilə izləyiciləri üçün mini konsert proqramı təşkil edib.
"ZH Studio"da musiqiçilərinin müşayiəti ilə baş tutan gecədə Zamiq sevilən mahnılarını canlı olaraq səsləndirib. Pop ulduz həmkarları sırasında ilk olaraq reallaşdırdığı bu jesti ilə izləyicilərini heyran edib. Hüseynov musiqili günlərin ənənəvi olacağını da bildirib.
Qeyd edək ki, sənətçi bu layihəni koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə motivasiya xarakteri ilə həyata keçirib.