1 Aprel 2020 14:22
5 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova "Elgizlə izlə" verilişinə qoşularaq Elnarə Abdullayeva adlı xanımı dələduzluqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova əməkdar artist Nahidə Orucovaya pul atan Elnarə Abdullayeva haqqında bu sözləri deyib: "Nahidə xanım deyir ki, Elnarə Abdullayev ona pul atıb.

Mən də getdiyim salonlarda bu məsələ ilə qarşılaşmışam. İnsanlar sentyabr ayından zülm çəkirlər. Bir neçə xanım abrına sığınıb, qalıb. Bu qadın onları barmağına dolayır. Virus məsələsinə görə məhkəmə uzanır. Daha 30 insan iddia edib ki, bu qadın bizə də borcludur.

Bir vətəndaş kimi insanlara atana, üzdə insan geyimi geyinənlərə nə demək olar? Bu cür fırıldaqlarla aldadıb atırlar, utanmırlar. Briliantlar taxıb, bahalı maşınlarda gəlirmiş. Guya ki, anası müəllimədir. O xanımın cəzası verilməlidir ki, zülmdən əl çəksinlər. Belə şeytanların sifətindən Allah dünyanı cəzalandırır.

Elnarə Abdullayeva Təyyar qızı mənə yox, ətrafımdakı məsum xanımlara atıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər