5 Aprel 01:42
1 432

"Lazım oldu-olmadı, evdən çıxırsınız. Qonaq qəbul edirsiniz. Dəhlizdən gəlib keçirlər. Mən buna razı deyiləm. Mənim övladlarım evimə gəlmirsə, sən niyə gəlirsən? Hətta mən bir neçə dəfə əsəbi halda iradımı da bildirdim, onların cavablarından anladım ki, bu şəraitə hazır deyillər".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Şən bazar" verilişində deyib.

O, insanları evdə qalmağa səsləyib: "Niyə başa düşmürlər ki, insan qorunmaldır, özünə dəyər verməlidir. Maska taxıb, əlcək istifadə etmək çoxmu çətindir?! Mənə niyə deməlidirlər ki, maska tax, əlcək geyin. Biz evdən bayıra çıxmırıq".


Müəllif: Rəqsanə Həsənova