Amerikalı qolfçu Paige Spiranac-ın qarantin dövründə paylaşdığı fotolar narazılıq yaradıb.
Teleqraf.com xəbər verir ki, evdə məşqlər edən Paige Spiranac qolf çübüğunu sinəsinə qoyaraq şəkillər çəkdirib və fotolarını sosial şəbəkələrdə paylaşıb.
2,3 milyon təqibçisi olan idmançının koronavirusun tuğyan etdiyi bir dönəmdə paylaşdığı fotolar birmənalı qarşılanmayıb.
İzləyicilər məşhur qolfçunu insanlara qarşı sayğısızlıqda ittiham ediblər.