14 Aprel 2020 17:57
3 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur cütlüyü aktrisa Fəxriyyə Evcən və aktyor Burak Özçivit övladları Karanın bir yaşını qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, Fəxriyyə Evcən oğlu Karanla fotosunu İnstaqramda paylaşaraq duyğusal sözlər yazıb: "Karanım... Dünyada eşitdiyim ən gözəl səs, hiss etdiyim ən gözəl qoxu... Üzün göydəki ulduz və günəşdən daha parlaqdır. Qütb ulduzum. Sən güləndə içimdəki çiçəklər açır. Sənin canın ağrıyanda qəlbim sızıldayır.

Hər zaman yaxşı ol, Karanım. Bil ki, bu uzun yolda həmişə sənin yanındayam. Əvvəl bunu demək mənə bu qədər mənalı gəlməmişdi. Yaxşı ki, doğuldun, oğlum".

Qeyd edək ki, Fəxriyyə Evcən və Burak Özçivit cütlüyünün bir övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər