Müğənni Xatirə İslam İnstaqramda canlı yayıma çıxıb.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəy haqqında bir çox gizlinləri açıb:
"Mən Fəxrəddinin yanında mahnı oxuya bilmirəm. Mahnı oxuyacam, ay bu mahnı belə, elə olmalıdır deyəcək. Nəyimə lazımdır ki, sənim yanında mahnı oxuyum. Heç nəyi bəyənmir. Dünyada elə bir insan olmaz ki, səninlə yola getsin. Mən imam övladıyam. Sizə bir sirr açım. Dünən Fəxrəddin bütün rəfiqələrimi evdə gördü.
Hamısını görəndən sonra dedi ki, Xatirə bunlardan ən sakiti sən imişsən. Bax, indi qədrimi bilərsən. Görürsən qarşına necə bir qadın çıxıb? Bu günə qədər ona cavab qaytarmamışam. Qədrimi bil! Vasif Məhərrəmli də deyir ki, Fəxrəddin səndən üstündür!".
Qeyd edək ki, Xatirə İslam və Fəxrəddin bəyin Emil adlı bir oğlu var.