7 May 2020 13:15
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadan qayıda bilməyən müğənni Damla duyğusal paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Damla İnstaqramda bu sözləri yazıb: "Gözləmək qədər bərbad duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan. Amma yenə də ümidlərin puça dönür. Evinə dönmək üçün saatları sayırsan.

Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri saymağa başlayırsan. Gecə düşən kimi səhər açılacaq deyə yenə saatın əqrəblərini hesablayırsan. Səhər açılan kimi bu gün yenə oğlumu, anamı görmədim deyə yastığımı qucaqlayıb ağlamağa başlayırsan. Nəfəs ala bilməmək bu imiş demək. Çox darıxıram. Dostlar, sərhəd nə zaman açılacaq?"

Qeyd edək ki, Damla Novruz bayramı ilə bağlı tədbir və özəl dəvətlər üçün Moskvaya getmişdi. Hazırkı vəziyyətə görə Bakıya gələ bilmir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər