7 May 2020 15:05
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevil və Sevinc Səfərova bacıları qalmaqallı açıqlamaları ilə diqqət çəkiblər.

Teleqraf.com xəbər verir ki, Sevil Səfərovanın naxçıvanlı iş adamı ilə ailə qurması xəbərlərinə bacısı Sevinc Səfərova sərt reaksiya göstərib:

O, Şou atv verilişində bu sözləri deyib: "Naxçıvanlı iş adamı ilə ailə qurması haqında şayiə yaymışdılar. Biz bu xəbərlərə güldük, keçdik. Allah ikincisindən qorusun, növbəti dəfə belə sakit durmayacağıq. Bizi izləyən böyüklərimiz, nəslimiz-kökümüz, doğmalarımız var. Siz fikirləşirsiniz ki, Sevil-Sevinc "göbələk" kimidir, heç kimi yoxdur?

Anam, qardaşım Bakıda deyildi. Bilirsiniz ki, bizə nə qədər zəng gəldi? Anam təzyiqlı halda zəng edir ki, bu nə xəbərdir, yayılıb?

Hətta yazıblar ki, kaş bütün reklamlar belə olsun. Əksinə, biz hər zaman çalışmışıq ki, şəxsi həyatımızla gündəmə gəlməyək. İstəmərəm hər şey kənarda qalsın, şəxsi həyatımızı müzakirə etsinlər, sevən də var, sevməyən də. Mən şəxsi həyatımda nə isə olsa gizlədərəm. Ailəmin müzakirə edilməsini istəmirəm.

Hazırda ailə başçımız qardaşımızdır. Anam karantin rejimindən əvvəl bir aylıq qardaşımın yanına getdi və orada qaldı.

Biz də istəyərik ki, gözəl ailəmiz olsun. Amma nə fərqi var, naxçıvanlı iş adamıdır, fəhlədir, qohumudur, iş yoldaşımdır?! Sonra da bunu ifrat dərəcədə şişirdilər ki, hansısa müğənninin keçmiş əridir. Müğənninin keçmiş əri yaxşı olsaydı, elə onun yanında qalardı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər