12 May 2020 21:52
4 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan "Aldanmış hisslər" serialının aktyou Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevlə bağlı iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Famiz Hüseynov sosial şəbəkədə video paylaşaraq rejissorun seriala çəkilən qızlara əxlaqsız təkliflər etdiyini bildirib:

"Mən də "Aldanmış hisslər" serialında çəkilirdim, bu gündən imtina etdim, uzaqlaşıram. Səbəb isə odur ki, rejissor Faiq Nağıyev özbaşınalıq edir. Aktyorların pulunu kəsir, haqsızlıq edir. Haqsızlığa dözə bilmərəm. Seriala gələn bütün gənc qızlara müəyyən pis, iyrənc təkliflər edir. Onların müqabilində ekran işinə çəkəcəyini deyir. Deyir ki, serialıma çəkilmək istəyirsənsə, aramızda münasibət olmalıdır. Orada çəkilənlərin günahına girə bilmərəm, o yoldan keçiblər, ya yox. O rejissordan uzaq olun. Elə rejissorlar filmə, sənətə ləkədir".

Sözgedən serialda baş rolu canlandıran aktrisa Gülşən Hüseynli saytımıza açıqlamasında Famiz Hüseynovun iddialarını təkzib edib:
"Mən serialda baş rol olan Xumar obrazını canlandırıram. Onun səsləndirdiyi bütün fikirlər yalandır.

Artıq neçə müddətdir ki, çəkiliş meydançasındayam. Serialda da Faiq ilə mən bacı-qardaş münasibətindəyik. Hansısa bir xanıma artıq hərəkət etməsini görməmişəm. Famiz Hüseynovun hekayəsi qurtardı və çıxdı. Famiz aktyor deyil, o, barmen işləyirdi. Onun özü Faiq Nağıyevdən xahiş etdi ki, onu seriala çəksin. O dedi ki, epizodik rol da olsa çəkilmək istəyir. O, sürücü obrazını oynayırdı və hekayəsi bitdi, serialdan çıxdı. Mən də bir kişinin qızıyam, bacısıyam. Famiz ilə danışacam və ad çəkməsini tələb edəcəm".

Sözügedən məsələdə ittiham edilən rejissor Faiq Nağıyev isə saytımıza açıqlamasımda Famiz Hüseynovun ona böhtan atdığını deyib:

"O, barmen idi və məndən xahiş etdi ki, seriala çəkim. O adamın mənimlə heç bir müqaviləsi yoxdur. Amma bütün çəkiliş qrupu ilə müqaviləm var. Elə obrazlara çəkiləndə mənə pul təklif edirlər, nəinki pul vermək. Famiz Hüseynova dəfələrlə demişəm ki, sosial şəbəkədə dövlət əleyhinə status paylaşma! O sırf müxalifətçi idi. İkinci səbəbi də o idi ki, epizodik obrazda oyanırdı, hekayəsi bitdi və çıxdı. Mənə yazdığı mesajlar var ki, pul verməsən, filan şeyi edəcəm. Mən hüquq- mühafizə orqanlarına şikat etsəm nə olacaq? Amma ortağımla qərara gəldik ki, müqəddəs aydır və günah etməyək. O ittihamların heç birinin mənə aiddiyatı yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər