Sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb.
Xalq artistinin qardaşı qızı Mehriban Xanlarova Teleqraf.com-a açıqlamasında yayılan məlumatı şayiə adlandırıb:
"Səhərə qədər yatmamışıq, hamı zəng edir. Boş sözlərdir. Allah cəzasını versin ölüm xəbəri yayanların və yaydıranların. Bu cür şayiə yayıb insanları təşvişə salırlar. Axı, insanda vicdan olmalıdır.
Zeynəb Xanlarova Amerikada deyil. Sağ-salamat evində, ailəsi, nəvələri ilə birlikdədir".