3 Oktyabr 2014 19:51
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlin hər birimiz düşünək ki, Hollivud ulduzları milyonlar qazanırlar. Bəlkə, təkrar düşünək? Pis səslənmir, elə deyil? Qoyulan sərmayədən daha artığını qazanmaq təbii ki, həm şans məsələsidir, həm də bacarıq. Deyirəm, bəlkə, bəzi Hollivud məşhurlarının pullarını sayaq? Məşhur Hollivud müxbiri maraqlı bir material hazırlayıb. Həmin materialda bir il ərzində ən çox gəlir götürən aktyorlar, televiziya ulduzları yer alıblar. Həmin siyahını təqdim edirik.

42 yaşlı məşhur aktyor Dueyn Consonun əzələlərini, yəqin ki, görmüsünüz. İlk pillələrdə yer alan aktyorun gəliri onun əzələlərindən də böyük imiş. Hesablamaya əsasən, Dueyn Consonun ötən ilki gəliri nə az, nə çox 59 milyonca dollar olub.

İkinci pillədə isə 51 milyon dollar gəlirlə yaraşıqlı aktyor Leonardo Di Kaprio yer alıb. Xarizmatik görünüşü ilə cavan aktyorları belə kölgədə qoyan 62 yaşlı Liam Nisonun gəliri isə 45 milyon dollar təşkil edib. Ən çox gəlir götürən məşhurlar sırasında qadın aktrisa da var. Belə ki, 24 yaşlı gənc Amerikalı aktrisa Cennifer Lourensin ötən il 39 milyon dollar qazanc əldə edib. Təbii ki, məşhur reportyor, kino ilə yanaşı televiziya əməkdaşlarına və verilişlərə də biganə qalmayıb. Müxbirin araşdırmalarına əsasən, CBC kanalında yayımlanan “Big Bang Theory Theme” musiqi yarışmasının hər epizodunun gəliri bir milyon dollardan artıqdır.

Gecə “talk-show”ları ən çox gəlir gətirən layihələrdən hesab olunur. Con Stevartın təqdim etdiyi “Gündəlik Şou” adlı proqram hər il ən çox gəlir gətirən verilişlər sırasında öz yerini alır. Demək olar ki, Con Stevart şirkətdən heç də az gəlir götürmür. Yüksək gəlir gətirən sahələrdən biri də TV verilişlərində, eləcə də, filmlərdə heyvanlarla birgə aparılan uğurlu dialoqlardır. Gündəlik gəliri 450 dollardan hesablanan bu cür uğurlu layihələrin illik gəliri barədə düşünməyə dəyməz.

Müxbir vurğulayıb ki, il yekunu ərəfəsində apardığı belə tipli araşdırmaları növbəti illərdə də davam etdirəcək. Təbii ki, məqsəd məşhurların pulunu saymaq yox, şou mədəniyyətinin kapital münasibətlər baxımından hansı mərtəbəyə yüksəldiyini göstərməkdir.


Müəllif: