3 İyun 2020 12:20
3 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Pərvin Abıyeva "Xəzər" telekanalında yayımlanan 5/5 verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva koronavirusa görə Türkiyədəki layihəsini təxirə saldığını deyib:

"29 yaşım var, 7 ildir bu sənətdəyəm. Düşünürəm ki, artıq Azərbaycanda hər kəs məni tanıyır. Türkiyədə də layihələrdə iştirak elədim. Orada yenə layihələrim olacaq. Karantinə görə yollar bağlandı".

Aktrisa xatakterindən də danışıb: "Dəymə mənə, dəyməyim sənə... Gözümün qabağında kim nə hoqqa çıxarır-çıxarsın, fikir vermərəm. Belə insanam... Amma mənə dəydinsə, sənə dəyəcəm".

Pərvin Abıyeva şəxsi həyatı haqqında isə bu sözləri deyib: "Valideynlərimin ən böyük arzusu mənim toyum və övaldımın olmasıdır. Amma hələ ki həyatımda elə bir insan yoxdur".

Aktrisa aparıcının "Müğənnilərindən kimləri dinləyirsiniz?" sualına cavada "Yalan deməyəcəm. Aygün Kazımova və Röya Ayxan daim dinlədiyim müğənnilərdi. Aygün Kazımova idealım olub. Xanımlarımızın hamısı baxımlıdır. Bəylərdən isə deyim ki, filan kişi müğənniyə simpatiyam var, yox. Yalan deyə bilmərəm. Çox istədiyim müğənni çoxdur, amma kişi kimi simpatiyam olan yoxdur" deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova