Koronavirusla mübarizə aksiyasına qoşulan Hollivud ulduzu Cennifer Eniston növbəti addımı ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, aktrisa fotoqraf Mark Seliger tərəfindən 1995-ci ildə çəkilən çılpaq fotosunun hərraca çıxarılmasına icazə verib.
Satışdan əldən olunan gəlir isə koronavirusla mübarizə aparan “NAFC” şirkətinə bağışlanacaq.