9 İyun 2020 13:05
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova imicində dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, saçlarını uzadan və formada qalması ilə həmkarlarına meydan oxuyan müğənni sosial şəbəkədə video paylaşaraq bu sözləri qeyd edib:

"Saçlarımı uzatmışam. 80 kilo çəkidə olanda deyirlər ki, 60 kiloyam. Çəki belə olar. Arıqlamağı bacarmırsınızsa, özünüzü biabır etməyin. Dünyaya iki uşaq gətirdim, doxsan neçə kilo olmuşdum, indi isə 51 kiloyam. Kökəlsəm də özümə vaxt qoyuram və istədiyim çəkini alıram.

Kim deyər, bu qız dörd uşaq dünyaya gətirib?! Belə olmaq lazımdır. Rəhmətlik İlhamə Quliyeva kimi danışdım. Ağzımı bağlamıram və hər şey yeyirəm".

Qısa şortikdə kamera qarşısına keçən müğənninin sözügedən görüntüsünü təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər