Əməkdar artist Könül Kərimova sosial şəbəkədə izləyicisini tənqid atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, Könül Kərimova İnstaqramda istirahət zamanı çəkilən arxiv fotosunu paylaşaraq "Gül kimi cici qız olmuşam, xəbərim olmayıb. Yenə bu halıma qayıtsam...Nə deyirsiniz?" şərhini yazıb.
Şəbəkə izləyicisi isə əməkdar artistin fotosuna "Həmişə əməliyyat edib, arıqlamısınız", - deyə münasibət bildirib.
Bu isə Könül Kərimovanı özündən çıxarıb.
O, izləyicisinin ünvanına "Yalansa Allah bəlanızı versin, yalansa balanızın qabağına çıxsın!" deyərək, qarğış edib.
Sözügedən fotonu təqdim edirik: