9 İyul 2020 10:52
2 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açıb.

Teleqraf. com xəbər verir ki, şəxsi həyatından danışan aktrisa sosial şəbəkə istifadəçilərinin "Sevgiliniz varmı?" sualını "Bəli, sevgilim var" deyə cavablandırıb.

Aktrisa keçmiş sevgilisindən xəyanətə görə ayrıldığını ilk dəfə etiraf edib:

"İnsan bir-iki dəfə xəyanəti bağışlaya bilər. Amma davam edəndə bağışlaya bilmirsən. Həm də elə bir insanla sənə xəyənət edir ki, bağışlaya bilmirsən, səviyyəcə çox aşağı. Elə insanı mütləq unutmaq lazımdır. Ailəm, uşağım olsaydı bəlkə də xəyanəti bağışlayardım. İnsanın istəmədən başına hər hadisə gələ bilər. O səni ya xoşbəxt, ya da bədbəxt edər".

Pərvin Abıyeva "Kişilərə nifrət eydiyinizi deyirsiniz. Bəs, niyə sevgiliniz vardı" sualına isə "O sevgili kimi deyildi"-cavabını verib.

Aktrisa xanımların xəyanət etməsinə də münasibət bildirib: "Qəlbində düzgün olan və xarakterli xanımlar xəyanət etmirlər".

"Niyə gözləriniz qəmlidir?" sualına isə o, belə cavab verib: "Çünki yaşadığım acı, qəm-kədər mənimlədir. Normaldır...".

Qeyd edək ki, Pərvin Abıyeva keçmiş polis Murad Abdullayev ilə sevgili olub.


Müəllif: Rəqsanə Həsənova