19 İyul 2020 12:11
5 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 18-də müğənni İbrahim Borçalının 20 yaşlı oğlu Rəhim Həsənov Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.

Teleqraf. com xəbər verir ki, şairə Nazilə Səfərli sosial şəbəkədə İbrahim Borçalının həyat yoldaşının oğlunun ölümündən xəbərsiz olduğunu yazıb:

"Uzun danışıqlardan İbrahim, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana getdi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gələ bilməyən dövrə gəldik. Bu il nə ağır il oldu. Zöhrə hələ də bilmir ki, oğlu rəhmətə gedib. Sərhəddə deyirmiş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə evlərinə çatmış olacaqlar. Bilmirəm ona niyə yalan söylədik, amma həqiqəti bilsəydi, bu uzun yolu aparmaq mümkün olmayacaqdı.

Allahım, oğlunun tabutunu görüb, necə tab gətirəcək! Avtomobildə Rəhimdən başqa bir nəfər də olub. O da rəhmətə gedib. İbrahim və ailəsinin sərhəddən keçəsinə əməyi keçən bütün borçalılara təşəkkür edirəm".

Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Həsənov ötən gün Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində abtomobil qəzasında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova