25 İyul 2020 14:00
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın hücumçusu Mahir Emreli əməkdar artist Tahir İmanovun İnstaqramda yayımlanan 2+1=4 adlı verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Mahir Emreli xaricdə yaşayan soydaşlarımızı erməni təxribatından uzaq olmağa çağırıb:

"Hər dəfə ermənilər atəşkəsi pozurlar, biz isə cavab verir. Hazırda da eyni vəziyyətdir. Onlar ilk olaraq başladılar. Xalqımı səbrli olmağa çağırıram. Çünki ermənilərin yenə də etmək istədikləri haqsızkən haqlı vəziyyətinə düşməkdir. Hazırda bütün dünya onların aqressiyasını görür. Amma bizi aqressiv göstərməyə, özlərinə xal qazanmağa çalışırlar. Biz isə buna yol verməməliyik. Çünki bizim ölkəmiz, millətimiz onlardan üstün vəziyyətdədir. Futbol dili ilə desək hesabda öndəyik və bunu qoruyub saxlamalıyıq".

Mahir Emreli futbola gəlişindən də danışıb:

"Futbola altı yaşımdan başladım. Çox həvəsli idim. Məqsədimə doğru gedirdim. Təlim məşqlərimiz çox olurdu və dərslərimi çatdıra bilmirdim. Valideynlərim məşqçilərin yanına gəldi və dedilər ki, bu uşaqda həvəs varsa, dərslərini azaldaq və tam fikrini futbola verək. Mən də məqsədimə çatmaq üçün əlimdən gələni etdim. Amma yenə də inkişaf etməli və üzərimizdə işləməliyik. "Qarabağ" futbol komandası olaraq hər zaman Qarabağın adını layiqincə təmsil etməyə çalışırıq".

Mahir Emreli məşqlərinin başladığını bildirib:

"Hazırda məşqlərimiz bərpa olub, Qəbələdəyik. Bir arada təlim-məşq toplantısı keçirik. Oyun məşqlərində təcrübə baxımından görürük ki, bir az problem var. Çempionatda bizim rəqiblərin hər biri oynayıblar. Pandemiyaya görə, ölkəmizdə dayandırılmışdı. Nə Qurban müəllim, nə də futbolçular bəhanəni sevmir. Üzərimizə düşəni etməliyik. Ümid edirəm ki, ilk tur başlayana qədər ən gözəl formada olmağı bacaracağıq. Burada da bir neçə gün əvvəl yoldaşlıq oyununu oynadıq. Üç dəfə də yoldaşlıq oyunu keçiriləcək və ümid edirəm ki, ilk oyuna qədər yaxşı formada ola biləcəyik".

"Qurban Qurbanov çox ciddi rəhbərdir. Ciddiyət olan yerdə qələbə olur. Bu ciddi qanunlar arasında məzəli anlar olurmu?" sualına isə belə cavab verib:

"Siz ani soruşdunuz, indi yadıma düşmür. Bəzən gülməli hadisələr olur. Komanda arasında bir yerdə oturub zarafat da edirik".

Hücumçu Tahir İmanovun "Qurban Qurbanov çox ciddi rəhbərdir. Ciddiyət olan yerdə qələbə olur. Bu ciddi qanunlar arasında məzəli anlar olurmu?" sualına isə belə cavab verib:

"Siz ani soruşdunuz, indi yadıma düşmür. Bəzən gülməli hadisələr olur. Komanda arasında bir yerdə oturub zarafat da edirik".

Mahir Emreli onu da deyib, İspaniyanın "Sevilya" futbol klubundan təklif alıb:

"Sevilya" klubu ötən ilin yayında mənimlə maraqlanırdı və təklif də göndərmişdilər. Amma bir şərt var idi ki, onların ikinci komandasında altı ay oynadıqdan sonra məni götürməli idilər. Elə oldu ki, "Sevilya" ilə Avropa Liqasının qrup mərhələsində rəqib olduq. Və onda məsləhət oldu ki, qalım və getməyim. Çünki onlara qarşı oynayacağıq. Sadəcə o anda aldığım zədələr də mənə mane oldu. Mənim üzərimdə əməyi olan insanlar var, Qurban Qurbanov, Rəşad Sadıqov, komanda yoldaşlarım. Hər atdığım addımda kariyeram və şəxsi həyatı, bu məsələdə onların rolu birinci olacaq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər