Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır. Şikayəti yoxdur. Bədən hərarəti normaldır. Tənəffüsü təbii yolla təmin edilib. Yaxın günlərdə reanimasiya şöbəsində palataya köçürülməsi nəzərdə tutulur".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.