8 Avqust 2020 21:27
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni Livanda baş verən partlayışdan əziyyət çəkən insanlara yardım edib.

Teleqraf.com xəbər verir ki, Corc Kluni Livan xalqına 100 milyon dollar bağışlayıb.

Aktyor "Hər ikimiz də Beyrut xalqından və son günlər yaşadıqları dağıntıdan narahatıq"-deyə, qeyd edib.

Belə ki, Corc Klununin həyat yoldaşı Amal Kluni Beyrutda anadan olub.

Qeyd edək ki, yaxın günlərdə Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş vermişdi.


Müəllif: Rəqsanə Həsənova