9 Avqust 2020 14:40
3 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur bloger Aysel Şükürova ikinci həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.

Teleqraf. com xəbər verir ki, Aysel Şükürova İnstaqramda hekayə bölümündə həyat yoldaşındam boşanmasına belə reaksiya göstərib:

"Əsəblərim yerində deyil, xahiş edirəm heç kim mənə heç nə yazmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı işlərimlə qatıram. Üç oğlum var və onlar üçün yaşayıram. Nə qədər ömrüm qalıbsa onlara vaxt ayıracam. Daha polemikalara girməyəcəm. Özümdə deyiləm, müalicə alıram. 27 yaşım var və həyatda hər şeyi özüm edirəm və edəcəm.

Bu mənim şəxsi həyatımdır və heç kimin dədəsinə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm, elə yaşayıram".

Aysel Şükürova İnstaqram səhifəsində həyat yoldaşı ilə birlikdə çəkilən bütün fotolarını silib.

Qedək ki, Aysel Şükürova Bakı Lift Təmir İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.
Aysel Şükürova iki dəfə evli olub. Onun birinci həyat yoldaşı Elşən Əsgərli adlı şəxs olub.

Aysel Şükürova 400 min manatlıq toyu ilə gündəmdə idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər