Müğənni Zamiq Hüseynov "Mən səni sevirəm" adlı yeni mahnısına çəkdirdiyi klipini MTV Azərbaycan kanalına təqdim edib.
Teleqraf. com xəbər verir ki, klipin rejissorluğu Dele Orucluya, montajı isə Emin Muradova həvalə olunub. Mahnının söz və musiqisi Anar Nağılbaza, aranjimanı Samir Şirinova, mix masteri isə Oleq Naumova aiddir.
Qeyd edək ki, pop ulduz budəfəki klipində də tərzi üzərində özü işləyib. Onun makiyajını Elnur Həsənov edib. Klipdəki rəqqas xanımları isə stilist Leyla geyindirib. Ekran işinin prodüseri Fuad Vəlizadədir.