27 Avqust 2020 16:34
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elnarə Abdullayevanın Şamaxıya gedərkən karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması haqda xəbər yayılıb.

Əməkdar artistin köməkçisi Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Elnarə Abdullayeva polis bölməsinə aparılmayıb. Amma Şamaxıya çəkilişə gedən zaman anlaşılmazlıq yarandı. Adı portalda çıxmadı. Elnarə xanım Xəzər televiziyasının çəkilişi üçün Şamaxıya gedirdi. Hazırda məsələ həll edilib və Elnarə Abdullayeva Şamaxıda çəkilişdədir".

Daxili İşlər Nazirliyinin mətbuat xidməti müğənni Elnarə Abdullayevanın karantin qaydasını pozması barədə məlumatı təsdiqləyib. Nazirlikdən Axar.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən müğənniyə protokol tətbiq edilib.

Həmçinin DİN Elnarə Abdullayevanın Polis Bölməsində saxlanılması ilə bağlı xəbəri təkzib edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər