Almaniyanın Gelsenkirxen şəhərində təşkil edilən “Miss Turkuaz Germany 2014” gözəllik müsabiqəsi keçirilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, yarışmanın qalibi müsabiqəyə Berlindən qatılan 24 yaşlı Aslı Cankat olub. Yarışmada eyni xalı toplayan iki iştirakçı 22 yaşlı Cansu Əzim və 21 yaşlı Yasəmən Akan ikinciliyə layiq görülüb. 22 yaşlı Aylin Sezgin üçüncü olub.
Media mənsublarının səsləri ilə ən Fotogenik iştirakçı isə 21 yaşlı Nur İlnam seçilib.
Teleqraf.com fotolarə təqdim edir :
Rüstəm