21 Sentyabr 2020 13:36
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməliyyat olundum. Milli Onkologiya Mərkəzinin rəhbərinə və işçilərinə təşəkkür edirəm. Hələ ki xəstəxanadayam. Bilmirəm nə zaman evə buraxacaqlar. Pandemiya ilə bağlı heç kimin yanıma gəlməsinə icazə vermirlər.

Bu sözləri Teleqraf. com-a qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü deyib.

O, səhhətinin yaxşı olduğunu açıqlayıb: "Əməliyyatım iki-üç saat davam etdi, əvvəl buna razılıq vermirdim. Həm çox qorxurdum, həm də maddi vəsait lazım idi. Bahalı əməliyyat olduğuna görə öhdəsindən gələ bilməzdim. Amma xəstəxanada pul məsələsi olmadı. Milli Onkologiya Mərkəzi hər şeyi üzərinə götürdü".

Əməkdar artist əməliyyata övladlarının təkifi ilə razı olduğunu deyib: "Əməliyyata məni oğlum və qızım razı saldı. Vəziyyət yaxşı deyildi, çox ağırlaşmışdım. Adam ölməkdən yox, ölümcül olmaqdan qorxur".

Qeyd edək ki, Gülbahar Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan əməkdar artist əməliyyatdan imtina etmişdi.


Müəllif: Rəqsanə Həsənova