24 Sentyabr 2020 23:36
4 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış bloger Aysel Şükürova bu gün ikinci həyat yoldaşı Oqtay Əhmədovdan rəsmən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə Oqtay Əhmədovun özü məlumat verib: "Bu gündən etibarən artıq boşanmağımız təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Nə xəyanət olmuşdu, nə də başqa bir şey. Şər-böhtan atıldı, keçdim. Haqqımda sosial şəbəkədə paylaşım olsa, ayrılmağımızın səbəbini açıqlayacam. Ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı və günahım olmaya-olmaya razı oldum. Tək istədiyim ailəmi geri qaytarmaq idi. Bunun üçün çox cəhd etdim, təəssüf ki, o razılaşmadı. Mən sevgimi və ailəmə verdiyim dəyəri beş il əvvəl və evlilik dövründə də sübut etmişəm. Ona görə də günlərdir ki, susuram. Və əsl səbəbini açıqlamıram. Tək istəyim mənə şər-böhtan atılmasın".

Qeyd edək ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var. Aysel Şükürova həyat yoldaşının ona xəyanət etdiyini iddia etmişdi.


Müəllif: Rəqsanə Həsənova