14 Oktyabr 2014 21:16
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada tibb bacısı zəhlətökən hesab etdiyi xətələri zəhərləyərək öldürüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İtalyanın Lugo şəhərində 42 yaşlı tibb bacısı Daniela Poggiali ən az 38 xəstəsinin ölümündə şübhəli bilinərək həbs edilib.

“Daily Mail”in xəbərinə görə, tibb bacısının əsəbiləşdiyi xəstələrini zəhər verərək öldürdüyü iddia olunur.

Hadisə 78 yaşlı Rosa Kalderon adlı xəstənin müalicəsi əsnasında gözlənilməz şəkildə həyatını itirməsi ilə ortaya çıxdı. Onun qanında yüksək miqdarda kalium müəyyən edilib.

Polis 42 yaşlı tibb bacısını saxlayıb. Aparılan araşdırma nəticəsində o, 38-dən çox xəstənin ölümündə şübhəli bilinir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər