15 Oktyabr 2014 21:53
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 20 yaşlı oğlan 7 yaşlı qohumunu bıçaqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Mardində 7 yaşlı M.A, qohumu 20 yaşlı Xəlil A. tərəfindən bıçaqlanıb.

Hadisə ötən gün saat 22.30 radələrində baş verib. Xəlil A. İstintaq məlum olmayan səbəbdən qohumu M.A-ya bıçaqla hücum edib.

7 bıçaq zərbəsi alan M.A ətrafdakıların köməyi ilə Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Polis qaçan Xəlil A.-nın tutulması üçün axtarışa başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər