Dünyasını dəyişmiş məşhurların adı onların varislərinə ətək-ətək pul gətirməkdə davam edir.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, “Forbes” jurnalı ən çox qazanan vəfat etmiş məşhurların reytinqini tərtib edib.
Pop kralı "Maykl Ceksonun İrsi Fondu" ötən 1 ildə 140 milyon dollar qazanıb. Bunun çox hissəsi müğənninin ölümündən sonra buraxılmış “Xscape” albomundan gələn gəlirdir.
Ümumilikdə isə 2009-ci ildə vəfat edəndən bəri pop kralı 700 milyon dollar qazanıb.
İkinci yerdə rok əfsanəsi Elvis Presli qərarlaşıb (55 milyon dollar).
Sonrakı yerlər:
3. Çarlz Şulz (karikaturaçı rəssam)
4. Elizabet Teylor
5. Bob Marli
6. Merilin Monro
7. Con Lennon
8. Albert Eynşteyn
9. Teodor Qeyzel
10. Brus Li
11. Stiv MakQuin
12. Betti Peyg
Rüstəm