12 Noyabr 2020 14:19
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova bir müddət əvvəl qalmaqal yaşadığı jurnalist Sevinc Osmanqızına söz atıb.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova Sevinc Osmanqızının İnstaqramda hekayə bölümündə videosunu paylaşaraq "Allah xalqımızı Paşinyanın bacısından qorusun! Eyni ilə Paşinyan kimi danışır" - deyə, qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə jurnalist Sevinc Osmanqızını ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görməsini sərt şəkildə tənqid etmişdi. Sevinc Osmanqızı isə Xalq artistinin "onun başını qoparıb, ətini didərdim" fikrinə "Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" replikası ilə cavab vermişdi.


Müəllif: Rəqsanə Həsənova