Mərhum əməkdar artist Səməndər Rzayevin oğlu, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Rəşid Səməndər bu gün dəfn edilir.
Rəşid Səməndərin bacısı Rübabə Rzayeva Teleqraf.com-a açıqlamasında qardaşının bu gün dəfn olunduğunu deyib:
"Dəfn mərasimindəyik. Qardaşım Yasamal qəbiristanlığında atam-anamın məzarının yanında torpağa tapşırılır".
Qeyd edək ki, Rəşid Səməndərin 45 yaşı var. O, Binəqədi rayonunda yaşayış binasından özünü ataraq canına qəsd edib.