16 Dekabr 2020 11:35
3 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlini Canana tərəfindən saxtakarlıqda günahlandırılan əməkdar artist Mətanət İsgəndərliyə dəstək olan məşhurlar sırasına müğənni Xatirə İslam da qoşulub.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqram hesabında bu sözləri qeyd edib: "Mətanət xanımı illərdir tanıyıram. Zəhmətkeş qadın, balalarını tək böyüdən ana, gəlinini sevib ona ən gözəl daş-qaşları alan, çoxlarının arzusunda olduğu ulduzlarla dolu toy mərasimi edən qaynanadır.

Mən guya öz aləmində kimisə vurmağa çalışanlara üz tuturam, unutmayın, insanı Allah vurmasın, alçatmasın, bəndə heç kimdir. Pislik həmin insanın özünə qayıdır. Mətanət xanım gəlininə hər cür şərait yaradıb. Ona gözəllik salonu açanda bizi də dəvət etmişdi. Bir qaynana daha nə etməlidir?

İnanıram ki, gəlini də öz səhvini başa düşəcək və Mətanət xanımdan üzr istəyəcək. Hər evdə söz-söhbət ola bilər, bunu ictimailəşdirmək olmaz. Bu sənətdə olan hər kəsdən xahiş edirəm ki, aramızda nə olur-olsun, onu ictimailəşdirməyək. Hər şeyi danışıb, özünüzü gözdən salmayın.

Hər zaman yanındayıq, dəyərli sənətkar!"

Qeyd edək ki, Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə əməkdar artistin ünvanına bu sözləri yazıb: "İllərimi saxtakar qadının yanında keçirdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan, insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadınının..."

Xatırladaq ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evlidir. Hazırda cütlüyün münasibəti ev məsələsinə görə korlanıb və ayrı-ayrı evlərdə yaşayırlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər