Bu gün əməkdar artist Tünzalə Ağayevanın ad günüdür.
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayevanın 38 yaşı tamam olur.
İfaçı 1976-cı ildə Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirdikdən sonra təhsilini Gəncə şəhərində davam edib.
O, Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. 12 yaşındaykən Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Müğənni bu mahnını ilk albomuna da daxil edib.
2001-ci ildə Tünzalə Ağayeva “Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Rüstəm