Prodüser Tarix(Tolik) Əliyevin Dalğa TV-də yayımlanacaq "Günə bir şou" adlı yeni verilişi başlayır.
Teleqraf.com xəbər verir ki, Tarix Əliyev bu haqda İnstaqram hesabında məlumat verib: "Doqquz aydan sonra yenidən aparıcı kimi evlərinizin qonağı olacam. Bu məsuliyyətli və çətin vəzifədir. Əminəm ki, Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində reytinqlərdə məni birinci edən tamaşaçı "Dalğa" TV-nin efirində də mənə bu sevinci yaşadacaq".
Qeyd edək ki, veriliş dekabrın 21-dən etibarən ekranda yayımlanacaq.